"Çelsi" azarkeşini cəzalandırdı
15.02.2024 - 16:33
"Çelsi" azarkeşini cəzalandırdı

“Çelsi” rəsmi olaraq azarkeşlərindən birinin matçlara gəlməyinə qadağa qoyub.

Apasport.az bu barədə Britaniya mətbuatına istinadla xəbər verir.

Azarkeşin cəzalanmasının səbəbi "Tottenhem"lə matçda nasist salamı verməsi olub. "Zadəganlar" azarkeşi 3 il oyunlarda iştirak etməkdən məhrum edib. Məhkəmə isə sözügedən azarkeşi cərimələyib.

 

writer photo
Əlirza Əlirzalı
0