"Çelsi" azarkeşlərinin istefa tələbi trendə düşdü
19.02.2023 - 00:45
"Çelsi" azarkeşlərinin istefa tələbi trendə düşdü

"Çelsi" azarkeşləri baş məşqçi Qrem Poterin istefasını tələb edirlər.

Apasport.az xəbər verir ki, Premyer Liqanın "Sauthempton"la oyununda məğlubiyyətdən (0:1) sonra #PotterOut (#Poterİstefa) həştəqi Twitter trendlərinə daxil olub.

Xatırladaq ki, "Çelsi" son 10 matçdan yalnız birində qalib gəlib. Komanda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir.

writer photo
Əlirza Əlirzalı
0