“Çelsi” hücumçu alır
10.07.2023 - 21:44
“Çelsi” hücumçu alır

Yay fasiləsində heyətində islahatlar aparan “Çelsi”nin heyətinə qatmaq istədiyi hücumçu bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Elye Vainin xidmətində maraqlıdır.

“Monpelye”nin 20 yaşlı forvardı üçün rəsmi təklif göndəriləcəyi gözlənilir. Keçid 35 milyon avroya gerçəkləşə bilər.

Qeyd edək ki, Vai ötən mövsüm Liqa1-dəki 33 matçda 19 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0