"Bavariya" hollandiyalı uğrunda ingilis klubları ilə yarışacaq
08.02.2024 - 18:18
"Bavariya" hollandiyalı uğrunda ingilis klubları ilə yarışacaq

"Bavariya" "İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfris üçün iki ingilis klubu ilə mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu barədə "FC Inter News" məlumat yayıb.

"Bavariya", "Aston Villa" və "Mançester Yunayted" 20 yaşlı hollandiyalını heyətinə qatmaq istəyir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Dumfris "İnter"ə 2021-ci ilin yayında keçib.

Qeyd edək ki, Denzel İtaliya A seriyasında 17 matça çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0