"Yuventus"dan Ronaldoya görə 9 xal silinə bilər
20.01.2023 - 22:55
"Yuventus"dan Ronaldoya görə 9 xal silinə bilər

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo keçmiş komandası İtaliyanın "Yuventus" klubunu gizli razılaşma əsasında qonorarlarını ödəmədiyi üçün məhkəməyə verməyə hazırdır.

Apasport.az xəbər verir ki, Ronaldo gizli razılaşmaya əsasən Turin klubundan 19,9 milyon avro almalı idi. Lakin o, bu ödənişi almayıb.

İndi İtaliya Federal Apellyasiya Məhkəməsi Kriştianu Ronaldonun komandada oynadığı dövrdə "Yuventus"da baş verən maliyyə fırıldaqlarına baxır. Prokurorluq İtaliya A Seriyasının cari mövsümündə “Qoca Sinyora”dan 9 xalı silməyi tələb edir.

writer photo
Əlirza Əlirzalı
0