Ceyhun Nuriyev: "Cütün taleyi ikinci oyunda həll olunacaq"
21.08.2024 - 20:27
Ceyhun Nuriyev: "Cütün taleyi ikinci oyunda həll olunacaq"

“Zirə”nin futbolçusu Ceyhun Nuriyev Konfrans Liqasının pley-off mərhələsində sabah “Omoniya”ya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi görüşlə fikirlərini səsləndirib:

“Sabah vacib və çətin oyuna çıxacağıq. Rəqibi təhlik etmişik. Tapşırıqları meydanda icra etməyə çalışacağıq. Cütün taleyi ikinci oyunda həll olunacaq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik”.

writer photo
Əlirza Əlirzalı
0