U-21 millimiz minimal fərqlə uduzdu
07.06.2024 - 23:05
U-21 millimiz minimal fərqlə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Apasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu U-21 Slovakiya ilə qarşılaşıb.

Matç Senec Məşq Mərkəzində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlamalı idi. Amma pis hava şəraiti üzündən oyun 30 dəqiqə gec start götürüb. Oyun slovakiyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Samir Abdullayev və Ağadadaş Salyanski fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Yoldaşlıq oyunu
7 iyun
20:30. Slovakiya – Azərbaycan - 3:2
Qollar: 
Nino Marçelli, 20; 27. Mario Sauer, 72 - Samir Abdullayev, 70. Ağadadaş Salyanski, 89.
Senec Məşq Mərkəzi

writer photo
Əlirza Əlirzalı
0