Super Liqa təmsilçisi "Fənərbaxça"nın futbolçusu Ferdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Arsenal" maraqlıdır.
London klub mövsüm bitdikdən sonra "Fənərbaxça"ya rəsmi təklif göndərəcək. Türkiyə klubu Ferdinin transferindən ən az 25 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlunun məlumatına görə, "Arsenal" rəsmiləri bu gün UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matçda Ferdi Kadıoğlunu izləyəcəklər.
Qeyd edək ki, "Fənərbaxça" Ferdi Kadıoğlunu 2018-ci ilin yayında "Niymegen"dən transfer edib. Futbolçunun "sarı-lacivərdlilər"lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.