Marselodan imtina etdilər
18.07.2022 - 12:05
Marselodan imtina etdilər

Yay fasiləsində heyətini xeyli gücləndirən “Lion” sol cinah müdafiəçisi axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Fransa klubuna “Real”ın sabiq oyunçusu Marselo təklif olunub.

Menecerlər tərəfindən təklif olunan braziliyalı futbolçunun namizədliyi nəzərdən keçirilsə də, Liqa1 təmsilçisi 34 yaşlı “sambaçı”dan imtina edib. Buna səbəb Marselonun yüksək maaş tələb etməsidir. Ulduz futbolçu “Los-Anceles”dən təklif alsa da, karyerasını Avropada davam etdirmək istəyir.

Qeyd edək ki, Marselo 2007-2022-ci illərdə “Real”ın formasını geyinib. Yay fasiləsində İspaniya klubundan ayrılan Braziliya millisinin üzvü hazırda azad agentdir.
 

writer photo
Əlirza Əlirzalı
0