"Çelsi" istədi, "Porto" aldı
24.08.2024 - 12:53
Portuqaliyanın "Porto" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "Çelsi"yə transferi baş tutmayan Samu Omorodion karyerasını Portuqaliyada davam etdirəcək.
Omorodion üçün 15 milyon avro ödəyən "Porto" oyunçunun transfer hüququnun 50 faizinə sahib olub. Digər yarı isə hələ də "Atletiko Madrid"ə məxsusdur. "Porto" yerdə qalan faizlər üçün hər il 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 20 yaşlı ispan mərkəz hücumçunun sərbəstqalma məbləği 100 milyon avro təyin olunub.
0
0