“Real” onu itirdi
31.07.2023 - 15:27
“Real” onu itirdi

Madrid “Real”ının futbolçusu bir ay futboldan uzaq qalacaq.

Apasport.az saytı xəbər verir ki, Kral klubunun müdafiəçisi Ferland Mendi zədələnib.

“Barselona” ilə yoldaşlıq matçında (0:3) zədə alan 28 yaşlı oyunçu azı bir ay oynaya bilməyəcək. Bud nahiyəsindən xəsarət alan fransalı həkim nəzarətində müalicəsini davam etdirir.

Qeyd edək ki, son mövsümdə ispanların heyətində 28 oyuna çıxan Mendi bir məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0