“Çelsi” > La Liqa, A Seriyası, Liqa 1 və Bundesliqa
01.02.2023 - 15:11
“Çelsi” >  La Liqa, A Seriyası, Liqa 1 və Bundesliqa

"Çelsi"nin qış transfer pəncərəsində heyətinə cəlb etdiyi futbolçulara xərclədiyi məbləğ bəlli olub. 

Apasport.az saytının məlumatına görə, “zadəganlar” 8 keçid üçün təxminən 323 milyon funt sterlinqindən keçib. 

London təmsilçisi David Fofana 10, Andrey Santosa 18, Benoit Badiaşilə 35, Joao Feliksə 9,7, Mixail Mudrikə 88,5, Noni Maduequeyə 29, Malo Qusteauya 26,3 və Enzo Fernandesə 106,8 milyon funt sterlinq xərcləyiblər. 

Onlar bununla da qış transfer pəncərəsində La Liqa, A Seriyası, Liqa 1 və Bundesliqadakı bütün klublardan daha çox səxavətli olublar. 

Qeyd edək ki, Qrem Potterin baş məşqçisi olduğu “Çelsi” Premyer Liqada 20 turdan sonra 29 xalla 10-cu pillədə yer alıb. Komanda fevralın 4-də öz meydançasında “Fulhem”i qəbul edəcək. 
 

writer photo
Əlirza Əlirzalı
0