"Çelsi" onun da getməyinə qarşı deyil
13.07.2023 - 16:11
"Çelsi" onun da getməyinə qarşı deyil

Trevo Çalobah bu yay "Çelsi"ni tərk edə bilər.

Apasport.az saytı xəbər verir ki, ingilis müdafiəçi İtaliyadan “Yuventus” və “İnter”in maraq dairəsinə düşüb.

24 yaşlı oyunçunun satışına qarşı çıxmayan zadəganlar gələn təklifləri dəyərləndirməyə çalışırlar. Futbolçuya 20 milyon avro qiymət qoyan London təmsilçisi futbolçunu icarəyə vermək variantını rədd edir. 

Qeyd edək ki Çalobahın “Çelsi” ilə müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0