"Çelsi" və "Arsenal" "Vest Hem"in oyunçusu ilə maraqlanır
15.02.2024 - 18:18
"Çelsi" və "Arsenal" "Vest Hem"in oyunçusu ilə maraqlanır

"Vest Hem" və Qana millisinin yarımmüdafiəçisi Mohammed Kudus "Çelsi" və "Arsenal"ın radarındadır.

Apasport.az xəbər verir ki, bu barədə “Goal” portalı məlumat yayıb.

"Çelsi"nin 23 yaşlı Kudus üçün 45 milyon avro ödəməyə hazır olduğu bildirilir. "Arsenal" isə futbolçu üçün daha az məbləğ ödəyə bilər. 

"Transfermarkt" portalı Məhəmməd Kudusu 45 milyon avro olaraq qiymətləndirirlər. 2023/2024 mövsümündə qanalı 30 matçda 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0