“Çelsi” yenidən Ronaldoya elçi düşdü
10.08.2022 - 12:09
“Çelsi” yenidən Ronaldoya elçi düşdü

Kriştiano Ronaldo transfer pəncərəsi bağlanana qədər “Mançester Yunayted”i tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, “Çelsi” növbəti dəfə Portuqaliya millisinin üzvü ilə müqavilə bağlamaq sevdasına düşüb.

London təmsilçisi 37 yaşlı forvard üçün danışıqları bərpa etməyi düşünür. Səbəb Timo Vernerin “Leypsiq”ə keçidindən sonra “zadəganlar”da nominal hücumçunun qalmamasıdır.

“Mançester Yunayted” də öz növbəsində “Latsio”dan Sergej Milinkoviç-Saviçi heyətinə qatmaq niyyətindədir. “Qırmızı şeytanlar” maaş limitini azaltmaq üçün Ronaldonu satmağa hazırdır.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0