“Çelsi”də itki
13.09.2022 - 15:48
“Çelsi”də itki

“Çelsi” Çempionlar Liqasının II turu ərəfəsində itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, qapıçı Eduar Mendi “Zalsburq”la oyunu buraxacaq.

Buna səbəb seneqallı qolkiperin zədələnməsidir. Zaqreb “Dinamo”su ilə I turun matçını da buraxan Mendi dizindəki problemi arxada qoya bilməyib.

Qeyd edək ki, “Zalsburq”la sabahkı matç Qrem Potterin “Çelsi”nin baş məşqçisi postunda debütü olacaq.

writer photo
Əlirza Əlirzalı
0