“Çelsi”də yeni futbolçu
05.08.2023 - 18:44
“Çelsi”də yeni futbolçu

“Çelsi” daha bir transferini açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu "Brayton"dan qapıçı Robert Sançesi heyətə qatıb.

Danışıqları uğurla başa vuran “zadəganlar” 25 yaşlı ispaniyalı qolkiperin keçidini tamamlayıb. Qapıçı ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İspaniya millisinə də dəvət alan Sançes “Brayton” akademiyasının yetirməsidir. O, 2020-ci ildən əsas komandanın heyətində yer alır.

writer photo
Əlirza Əlirzalı
0