“Mançester Yunayted”in maraq dairəsində olan yarımmüdafiəçi Sergej Milinkoviç-Saviçin meneceri Mateya Kejman onun klubundakı durumundan narahatdır.
Apasport.az saytının məlumatına görə, serbiyalı sabiq hücumçunun fikrincə, “Latsio” onun həmyerlisinə qarşılıq çox pul istəyir.
Kejman 100 milyon avroda endirimə getməsi üçün romalıların sahibi ilə də görüşüb: “Klubun sahibi ilə tez-tez danışıram. Hər iki tərəf bir-birini başa düşür. Bəzən onun qərarlarına görə əsəbiləşirəm. O, 100 milyon avrodan danışırdı. Sergeyin necə oynadığına baxsanız, ola bilər ki, düz deyib. Amma “Latsio” Avropada böyük kuboklar qazanmayıb. Ona görə də deyə bilərəm ki, 100 milyon avro həddən artıq çoxdur”.
Qeyd edək ki, Sergej Milinkoviç-Saviç “Latsio”ya 2015-ci ildə 15 milyon avroya “Genk”dən keçib.