“Çelsi”də yeni müqavilə
05.09.2022 - 16:24
“Çelsi” müdafiəçisi Ris Ceymslə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu London klubunun mətbuat xidməti açıqlayıb.
22 yaşlı futbolçu ilə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Ceyms “Çelsi”nin öz yetirməsidir. O, klubun heyətində 2020/21 mövsümündə Çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqanın 5 matçına çxıan Ris 1 qola imza atıb.
0
0