“Çelsi”dən veterana TƏKLİF
24.01.2023 - 10:51
“Çelsi”dən veterana TƏKLİF

“Çelsi”nin futbolçusu Tyaqo Silva ilə bağlı qərarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 39 yaşlı veteranı heyətində saxlayacaq.

Londonlular braziliyalı müdafiəçiyə yeni müqavilə təklif edəcək. “Zadəganlar” cənubi amerikalının daha bir il komandada qalmasını istəyir.

Qeyd edək ki, müqaviləsi bu yay başa çatacaq Silva 2020-ci ildən “Çelsi”nin formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0