Bu gün İngiltərə Premyer Liqasında təxirə salınan üç oyun keçiriləcək.
Apasport.az saytının məlumatına görə, oyun günündə üç matç baş tutacaq.
Hər üç qarşılaşmada komandaların biri üçün mövsümün finişi formal xarakter daşıyır. Rəqiblərdən biri üçün isə hər görüş vacibdir.
“Çelsi” evdə “Lester”ə qalib gəlsə, bürünc mükafatı təmin edəcək. “Everton”la “Bernli” isə Premyer Liqada qalmaq üçün mübarizə aparır. Liverpullular “Kristal Pelas”a qalib gəlsə, Çempionşipə yuvarlanmayacağı dəqiqləşəcək.
⚽ 22:45. “Everton” – “Kristal Pelas”
⚽ 23:00. “Aston Villa” – “Bernli”
⚽ 23:00. “Çelsi” – “Lester”