"Çelsi"nin müdafiəçisi "Borussiya" yolunda
09.01.2024 - 12:00
"Çelsi"nin müdafiəçisi "Borussiya" yolunda

Dortmund "Borussiya"sı heyətini gücləndirir.

Apasport.az xəbər verir ki, Bundesliqa klubu "Çelsi"nin müdafiəçisi Yan Madsenə elçi düşüb.

Klublar futbolçunun maaşı ödənilməklə icarəyə verilməsi ilə bağlı şifahi razılıq əldə ediblər. 21 yaşlı niderlandlı futbolçu yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, bu ildən “Çelsi”nin əsas komandasına cəlb olunan Madsen 15 qarşılaşmada meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0