“Çelsi”nin müdafiəçisi “Nyukasl”da
17.08.2023 - 17:47
“Çelsi”nin müdafiəçisi “Nyukasl”da

“Çelsi” müdafiəçisi Luis Hollu satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, London klubu futbolçusunun “Nyukasl”a keçidini razılaşdırıb.

18 yaşlı müdafiəçinin keçidi “Çelsi”yə 28 milyon funt sterlinq gətirəcək. O, əsas komandada cəmi 12 oyun keçirib.

Qeyd edək ki, londonlular bir müddət əvvəl futbolçu ilə 6+1 illik müqavilə imzalasa da, “Nyukasl”ın təklifini qəbul edib.
 

writer photo
Əlirza Əlirzalı
0