“Çelsi”nin namizədləri
07.09.2022 - 16:29
“Çelsi”nin namizədləri

“Çelsi”nin baş məşqçisi postuna namizədlərin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Tomas Tuxeli istefaya göndərən İngiltərə klubu üç mütəxəssis arasında seçim edir.

Londonluların əsas namizədi “Brayton”u çalışdıran Qrem Potterdir. Londonlular yaxın müddətdə klub rəhbərliyinə müraciət edərək mütəxəssislə danışıqlar üçün icazə istəyəcək. Hazırda işsiz olan Maurisio Poçettino və Zinəddin Zidan da “Çelsi”nin siyahısına düşüb.

Qeyd edək ki, Çempionlar Liqasının I turunun Zaqreb “Dinamo”su ilə səfər oyunundakı 0:1 hesablı məğlubiyyət Tuxelin istefasına səbəb olub.

writer photo
Əlirza Əlirzalı
0