"Mançester Yunayted"in yeni hücumçusu
25.12.2023 - 22:50
"Mançester Yunayted"in yeni hücumçusu

"Mançester Yunayted" hücum xəttinə yeni futbolçu axtarışındadır.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu "Bolonya"nın hücumçusu Coşua Zirkze ilə maraqlanır.

22 yaşlı niderlandlı futbolçu əvvəllər "Bavariya"da çıxış edib. Danışıqlara start verən “mankunianlar”ın bu transferə 30-35 milyon avro ödəyəcəyi təxmin olunur.

Qeyd edək ki, bu mövsüm 19 görüşdə meydana çıxan Zirkze 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0