“Çelsi”nin Qvardiol planı
31.07.2022 - 21:31
“Çelsi”nin Qvardiol planı

“Çelsi” “Leypsiq”in mərkəz müdafiəçisi Yoşko Qvardiolla maraqlanır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Xorvatiya millisinin üzvü üçün qarşı tərəflə danışıqlara başlayıb.

20 yaşlı oyunçunun keçidi qarşılığında hücumçu Timo Verner vətəni Almaniyaya qayıda bilər. Çünki “zadəganlar” Qvardiolla Vernerin dəyişdirilməsini təklif edib. Bundesliqa təmsilçisi müdafiəçisini satmaq niyyətində olmasa da, transfer pəncərəsi bitməmiş vəziyyət dəyişə bilər. Londonlular üçün alternativ variantlar “Lester”li Uesli Fofan və “Bavariya”lı Benjamin Pavardır.

Qeyd edək ki, Yoşko Qvardiol “Leypsiq”ə 2020-ci ildə Zaqreb “Dinamo”sundan keçib.

writer photo
Əlirza Əlirzalı
0