“Çelsi”nin təklifindən imtina
18.07.2023 - 14:32
“Çelsi”nin təklifindən imtina

“Çelsi” Moyses Kaysedonun transferi ilə bağlı danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, “Brayton” London klubunun daha bir təklifindən imtina edib.

“Zadəganlar” yarımmüdafiəçi üçün  70+5 milyon funt sterlinq ödəməyə hazır olsa da, Kaysedonun klubu bu məbləğlə razılaşmayıb. “Brayton” rəhbərliyi futbolçusu üçün 100 milyon istəyir.

Qeyd edək ki, “Çelsi”yə keçidə razılıq verən Kaysedo hazırkı vəziyyətdən narazıdır. O, yaxın günlərdə “Brayton” rəhbərliyi ilə görüşməyi planlaşdırır.

writer photo
Əlirza Əlirzalı
0