Oliver Kan və Hasan Salihamidziç “Bavariya”nı tərk edəcəklər.
Apasport.az-ın məlumatına görə, ardıcıl 11-ci çempionluq hər iki mütəxəssisin istefaya göndərilməsinə mane olmayıb.
Klubun Müşahidə Şurası adıçəkilən mütəxəssislərin istefaya göndərilməsi qərarını verib. Kan Münhen klubunda baş, Salihamidziç isə idman direktoru vəzifəsini tuturdu.
“Bavariya” Çempionlar Liqası və Almaniya kubokunda mübarizə erkən dayandırması onlara bağışlanılmayıb. Bundesliqada isə son turda əsas rəqibinin xal itirməsi çempion olmağa kömək edib.
Qeyd edək ki, “Bavariya” vəv Dortmund “Borrusiya”sı eyni xal toplasa da, əlavə gösticilər Münhen təmsilçisinə çempionluq qazandırıb.
Çempion Oliver Kan və Hasan Salihamidziçi qovdu
27.05.2023 - 21:34
0
0