Çempionda yeni müqavilə və transfer hazırlığı
23.07.2022 - 17:51
“Milan” yeni hücumçu transfer etməyə və bir futbolçusu ilə müqaviləni uzatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” “Viçentsa”nın gənc forvardı Tommazo Mançinini heyətinə cəlb etmək niyyətindədir.
18 yaşlı futbolçunun özü və klubu ilə danışıqlara artıq start verilib. Gələn həftənin əvvəlində bu məsələdə son qərar veriləcək.
Bundan əlavə, İtaliya çempionu yarımmüdafiəçisi Tommazo Pobeqaya yeni müqavilə təklif edib. 23 yaşlı oyunçunun hazırkı sözləşməsi 2025-ci ilə qədərdir.
Tommazo Pobeqa ötən mövsüm icarə əsasında “Torino”da çıxış edib.
0
0