Messinin forması hərracda satıldı - Fantastik qiymət
15.12.2023 - 09:47
Messinin forması hərracda satıldı - Fantastik qiymət

Lionel Messinin forması hərracda satılıb.

Apasport.az xəbər verir ki, Argentina millisinin kapitanının DÇ-2022-də istifadə etdiyi forma dəsti Nyu-yorkda keçirilən hərracda özünə alıcı tapıb.

6 köynəkdən ibarət dəst 7,8 milyon dollara satılıb.
Verilən açıqlamada gəlirin bir hissəsinin xeyriyyə işlərinə xərclənəcəyi bildirlir.

Qeyd edək ki, idman əşyaları arasında ən bahalı satış amerikalı basketbolçu Maykl Cordana məxsusdur. Onun, 1998-ci il mövsümündə “Çikaqo Bulls” və “Yutah Cazz” arasında NBA final seriyasının ilk oyununda meydana çıxdığı köynək ötən ilin sentyabrında 10,1 milyon dollara satılıb. 

writer photo
Əlirza Əlirzalı
0