“Neftçi” – “Qarabağ”: KİM ŞANSLIDIR?
02.05.2023 - 12:39
“Neftçi” – “Qarabağ”: KİM ŞANSLIDIR?

Misli Premyer Liqasının XXXII turunun “Neftçi” – “Qarabağ” görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə mübarizə aparacaq Qurban Qurbanovun yetirmələrini matçın favoriti sayırlar.

Bu gün “Bakcell Arena”da baş tutacaq oyunda “Neftçi”nin qələbəsi 5,35, “Qarabağ”ın uğuru 1,57 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,04 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0