Portuqaliya millisinin baş məşqçisi istefa verdi – RƏSMİ
15.12.2022 - 20:55
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytında qeyd olunub.
68 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilədək olsa da, tərəflər müqaviləni vaxtından əvvəl xitam etmək barədə razılığa gəlib.
Qeyd edək ki, Fernandu Santuş 2014-cü ildən Portuqaliya millisinin çalışdırırdı. Onun rəhbərliyi altında yığma 2016-cı ildə Avropa çempionu və 2019-cu ildə Millətlər Liqasının qalibi olmuşdu.
0
0