Türkiyə klubunun qapıçısı dağıntılar altında həyatını itirdi
07.02.2023 - 21:05
Türkiyə klubunun qapıçısı dağıntılar altında həyatını itirdi

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanın həyatını xilas etmək mümkün olmayıb.

Apasport.az xəbər verir ki, bu barədə I divizion komandasının baş məşqçisi Yılmaz Vural "Show TV"yə canlı yayım zamanı deyib.

O ağlayaraq 29 yaşlı qolkiperin ancaq cəsədinin dağıntılar altından çıxarıla bildiyini qeyd edib.

writer photo
Əlirza Əlirzalı
0