Çempionlar Liqasında təxirəsalma
11.09.2022 - 18:40
Çempionlar Liqasında təxirəsalma

Çempionlar Liqasının “Reyncers” – “Napoli” oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna Böyük Britaniya kraliçası II Yelizavetanın ölümü səbəb olub.

II turun qarşılaşması sentyabrın 13-də deyil, bir gün sonra baş tutacaq. Məsələ ondadır ki, Şotlandiya klubu dəfn mərasimində iştirak edəcək polislərin çaıtşmazlığı ilə üzləşib.

Görüşdə italiyalı azarkeşlər iştirak etməyəcək. Ədalətli idman prinsipləri üçün “Reyncers” fanatları da Neapoldakı qarşılaşmaya buraxılmayacaq.

Qeyd edək ki, II Yelizaveta sentyabrın 6-da vəfat edib.
 

writer photo
Əlirza Əlirzalı
0