Levandovskidən “Fənərbaxça” iddialarına cavab
03.06.2024 - 09:17
Levandovskidən “Fənərbaxça” iddialarına cavab

La Liqa təmsilçisi "Barselona"da çıxış edən Robert Levandovski AVRO-2024 üçün Polşa millisinin düşərgəsinə qatılıb. 

Apasport.az xəbər verir ki, ulduz futbolçuya mətbuatda çıxan "Fənərbaxça"nın transfer iddiaları ilə bağlı sual verilib.

Təcrübəli ulduz İstanbul təmsilçisinin onunla əlaqə saxlamadığını bildirib.

Xatırladaq ki, Levandovskinin "Barselona" ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

35 yaşlı hücumçu "Barsa"nın heyətində ümumilikdə 95 oyun keçirib, 59 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0