Tarixin ən titullu futbolçusu - MESSİ
20.08.2023 - 12:43
Tarixin ən titullu futbolçusu - MESSİ

ABŞ və Meksika klublarının yarışdığı Liqalar Kubokuna yekun vurulub.

Apasport.az-ın məlumatına görə, Messinin çıxış etdiyi “İnter Mayami” kuboku qazanıb.

Turnirin finalında “Neşvill” – “İnter Mayami” qarşılaşması keçirilib. Hesabı Messi açsa da, rəqib komanda bərabərlik qolunu vurub. Oyundan sonrakı penalti seriyasında dəqiq olan Mayami futbolçuları kuboka sahib çıxıblar. Bu, Leonun yeni klubunda ilk titulu olub. 

Karyerasında 44-cü mükafatı qazanan Messi tarixin ən titullu futbolçusu olub. O, bu göstəricidə braziliyalı Dani Alvesi qabaqlayıb.

Qeyd edək ki, Messi turnirin ən yaxşı futbolçusu və bombardiri titullarına layiq görülüb.
 

writer photo
Əlirza Əlirzalı
0