Çempionlar Liqasının finalını idarə edəcək hakim bəlli olub
13.05.2024 - 21:14
Çempionlar Liqasının finalını idarə edəcək hakim bəlli olub

UEFA Çempionlar Liqasının finalında keçiriləcək "Real" - "Borussiya" (Dortmund) matçına hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Final matçını Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək.

Vinçiçə yardımçıları həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç olacaq. Dördüncü hakim funksiyası isə fransalı Fransua Leteksierə həvalə edilib.

Qeyd edək ki, iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

writer photo
Əlirza Əlirzalı
0