Çempionlar Liqasının püşkü atılıb
29.12.2023 - 17:58
Çempionlar Liqasının püşkü atılıb

Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Malayziyanın paytaxtı Kuala-Lumpurda təşki olunan tədbirdə komandalar rəqiblərini tanıyıblar.

Nəticələrə əsasən, hücumçu Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” bu mərhələdə Səudiyyə Ərəbistanını tərk etməyəcək. Çünki komanda “Əl-Feyha”nı sınağa çəkəcək. Neymar və Malkomun yer aldığı "Əl-Hilal" İranın "Sepahan", Kərim Benzemanın "Əl-İttihad"ı isə Özbəkistanın "Navbahor" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, mərhələnin ilk oyunları fevralın 12, 13 və 14-də, cavab matçları isə fevralın 19, 20 və 21-də oynanılacaq.
 

writer photo
Əlirza Əlirzalı
0