İngiltərə Premyer Liqasında VAR (Video Köməkçi Hakim) sistemi ləğv oluna bilər.
Apasport.az xəbər verir ki, VAR-ın ləğvi üçün ilk çağırış “Vulverhempton” klubundan gəlib. Klub rəsmi olaraq liqa rəhbərliyinə bununla bağlı müraciət edib.
Göndərilən məktubda bu sistemin neqativ təsirlərindən yazılıb. Klub üzvlərinin fikrincə, VAR futbolçuların qolu normal şəkildə bayram etməsinə mane olur, oyunun uzanmasına gətirib çıxarır, səhvlərin qarşısını almır və hakimlərin məsuliyyətini aşağı salır.
İyunun 6-da klublar bununla bağlı səsvermədə iştirak edəcək. VAR-ın ləğv edilməsi və ya dəyişdirilməsi üçün 20 klubdan 14-nün səsi lazımdır.
Qeyd edək ki, VAR sistemi Premyer Liqada 2019-cu ildən tətbiq edilir.