“Çempionluğumuz əlimizdən alındı”
29.12.2023 - 15:51
“Çempionluğumuz əlimizdən alındı”

“9 il əvvəl qazandığımız Superkuboka çox sevinmişdim”

Apasport.az xəbər verir ki, bunu "Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal deyib.

O, “Qalatasaray”la Superkubok matçından əvvəl təşkil edilən mətbuat konfransında fikirlərini açıqlayıb: "Həmin il lider idik, çempion olmalı idik. Bildiyiniz kimi, məlum hadisə baş verəndə qarşımızı kəsdilər. Avtobusumuza atəş açıldı. Çempionluğumuz əlimizdən alındı, biz vermədik. İnsanlar bunu unudur amma cinayətkarlar hələ də tapılmayıb”.

Qeyd edək ki, bu gün saat 20:45-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək qarşılaşmada hakim Abdulkadir Bitigen fit çalacaq.

writer photo
Əlirza Əlirzalı
0