“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard istefaya göndərilə bilər.
Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, buna səbəb komandanın mövsümə uğursuz start götürməsidir.
Birminhem təmsilçisi bu gün Premyer Liqanın növbəti turu çərçivəsində “Nottingem Forest”lə qarşılaşacaq. Komanda bu matçda da müsbət nəticə əldə edə bilməsə, Cerrard postundan getmək təhlükəsi ilə üzləşəcək.
Qeyd edək ki, “Nottingem Forest” – “Aston Villa” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk 8 oyunda 8 xal toplayan Cerrardın komandası hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.