Salah “Liverpul” tarixində ilkə imza atdı
15.03.2024 - 14:33
Salah “Liverpul” tarixində ilkə imza atdı

Salah “Liverpul” tarixində ardıcıl 7 mövsümdə 20 və ya daha çox qol vuran ilk oyunçudur

Apasport.az xəbər verir ki, Avropa Liqasının cavab oyunlarında "Sparta Praqa"nı 6:1 məğlub edən İngiltərə təmsilçisinin qollarından birini misirli hücumçu Məhəmməd Salah vurub. 

Bu, Salahın cari mövsümdə vurduğu 20-ci qol olub. 

Qeyd edək ki, misirli hücumçu ardıcıl yeddinci mövsümdür ki, 20-dən çox qol vurur. O, "Liverpul" tarixində belə bir ardıcıllığa imza atan ilk oyunçudur. 

writer photo
Əlirza Əlirzalı
0