Coşua Kimmix Premyer Liqaya doğru
26.12.2023 - 11:29
Coşua Kimmix Premyer Liqaya doğru

“Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Mançester klubu 
"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixə elçi düşüb.

28 yaşlı futbolçu ilə "Liverpul" və "Mançester Siti"nin də maraqlandığı bildirilir. “Bavariya”nın aparıcı futbolçusu ilə bağlı təkliflərə nə cavab verəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Kimmixin özünün karyerasını La Liqada davam etdirmək istədiyi iddia olunur.
 

writer photo
Əlirza Əlirzalı
0