Daha bir Almaniya nəhəngi Almaniya Kubokunda mübarizəni başa vurdu
06.04.2023 - 01:46
Daha bir Almaniya nəhəngi Almaniya Kubokunda mübarizəni başa vurdu

Almaniya kubokunda 1/4 finala yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Nürnberq” evdə “Ştutqart”la qarşılaşıb. Bundesliqanın aşkar autsayderi aşağı liqa təmsilçisini tək qolla mübarizədən kənarlaşdırıb.

Günün digər matçında isə “Laypsiq” Dortmund “Borusiya”sını 2 cavabsız qolla məğlub edib. Bununla da "Bavariya"nın ardından Dortmund təmsilçisi də kənarda qalıb.

Daha öncə “Ayntraxt” və “Frayburq” da yarımfinala vəsiqə qazanmışdı. Aprelin 9-da yarımfinalın püşkatması olacaq. Yarımfinal oyunları 2-3 may tarixlərində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0