Daha bir futbolçu Səudiyyə Ərəbistanına doğru
16.10.2023 - 21:01
Daha bir futbolçu Səudiyyə Ərəbistanına doğru

Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına gedir.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Ərəb yarımadasında davam etdirəcək.

30 yaşlı hücumameyilli yarımmüdafiçi “Əl-İttifaq”ın diqqət mərkəzindədir. Futbolçunun yanvarda ərəb klubu ilə müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, cinah oyunçusunun son klubu “ Nottingem Forest” klubu olub.

writer photo
Əlirza Əlirzalı
0