Daha bir futbolçu vətəninə qayıtmağı seçib
31.12.2023 - 21:42
Daha bir futbolçu vətəninə qayıtmağı seçib

Joao Viktor vətəni Braziliyaya qayıdır.

Apasport.az xəbər verir ki, "Benfika"nın müdafiəçisi "Vasko da Qama"ya keçməyə yaxındır.

25 yaşlı mərkəz müdafiəçisinin keçidi ilə bağlı iki klub arasındakı danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir. Futbolçunun daha 5 klubun diqqət mərkəzində olduğu, ancaq Viktorun məhz “Vasko da Qama”nı seçdiyi vurğulanır.

Qeyd edək ki, 2022-ci ildən “Benfika”nın şərəfini qoruyan arxa xətt oyunçusu bu mövsüm sadəcə 2 matçda 27 dəqiqə meydanda olub.
 

writer photo
Əlirza Əlirzalı
0