“Neftçi”dən ilk, “Qarabağ”dan xal itkisi - YENİLƏNİB
27.08.2023 - 22:38
“Neftçi”dən ilk, “Qarabağ”dan xal itkisi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında IV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki matç baş tutub.

Azərbaycanın iki ən titullu klubu ev oyunlarında qüvvəsini sınayacaq. “Neftçi” qələbə həsrətinə “Qəbələ” ilə qarşılaşmada son qoyub. Hər iki komanda ilk 3 turda qələbə qazanmadığından onları yalnız üç xal qane edirdi. "Ağ-qaralar" meydan amilindən istifadə edərək, hər hissədə bir qol vurublar. Bu, Adrian Mutulu "Neftçi"nin mövsümdə ilk qələbəsi olub. "Qəbələ"nin uğursuz seyirası isə davam edir. Komanda bütün oyunlarda uduzub.

Son çempion “Qarabağ” “Kəpəz”lə görüşdə xal itirib. Qurban Qurbanovun yetirmələri uzun müddət hesabda öndə olsalar da, sona yaxın rəqib komanda fərqlənib. Ağdam klubunun yeni transferi qapıçı Lunyovun çempionatdakı debütü uğursuz olub. Onun topa çıxışda tərəddüd etməsi qonaqlara qol vurmaq imkanı yaradıb. Qalan dəqiqələrdə "Qarabağ" qələbə topunu vurmaq səyləri nəticəsiz qalıb.

Qeyd edək ki, növbəti turun görüşləri sentyabrın 1-3-də keçiriləcək.

Misli Premyer Liqası
IV tur
27 avqust (bazar)

18:30. “Neftçi” – “Qəbələ” - 2:0
Qollar: 
Rəhman Hacıyev, 45+3. Yuri Matias, 79
Baş hakim: Rəşad Əhmədov
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 25. Aaron Olanare, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
"Neftçi Arena"

20:45. “Qarabağ”– “Kəpəz” - 1:1
Qollar: 
Olavio Juninyo, 9 - Cavad Kərimov, 86
Baş hakim: Əli Əliyev
“Qarabağ”: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Kəpəz”: 1. Vladislav Vasilyuçek, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Məmmədov
“Azersun Arena”
 

1 Zirə 4 4 0 0 5-1 12
2 Sumqayıt 3 2 1 0 7-3 7
3 Qarabağ 4 2 1 1 6-3 7
4 Turan Tovuz 4 2 0 2 6-6 6
5 Neftçi 4 1 2 1 4-3 5
6 Sabah 3 1 1 1 6-2 4
7 Səbail 4 1 1 2 6-8 4
8 Araz Naxçıvan 4 1 1 2 4-6 4
9 Kəpəz 4 1 1 2 2-4 4
10 Qəbələ 4 0 0 4 1-11 0

Bombardirlər: Martin Petkov ("Turan Tovuz") - 3 qol, Adama Diakabi ("Qarabağ") - 2 qol, Abdullah Zubir ("Qarabağ") - 2 qol, Olavio Juninyo ("Qarabağ") - 2 qol, Rövlan Muradov ("Sumqayıt") - 2 qol

 

writer photo
Əlirza Əlirzalı
0