Daha bir qız Dani Alvisin ədəbsiz davranışından danışıb.
Apasport.az xəbər verir ki, o, Alvisin 8 il əvvəl ona təcavüz etdiyini deyib.
O, dostları ilə Barselonada bir gecədə baş verənlər haqqında danışdığı bir Tiktok videosu çəkib, daha sonra silib:
“Bu yaxınlarda Dani Alvislə baş verən hər şeyi nəzərə alsaq, bir çox yaxınlarım hekayəmdən təəccübləndilər. 18 yaşım olanda eyni insanla, eyni yerdə oxşar təcrübə yaşadım.
Mənim 18 yaşım var idi. "Sutton"da – eyni gecə klubunda idim və başlanğıcda hər şey tam eyni idi: o məni və rəfiqəmi şəxsi otağa dəvət etdi və s. Biz imtina etdik. Bu adamın illərdir eyni şeyi, eyni yerdə, eyni sxem üzrə, eyni şeyi etməsi məni heyrətə gətirir”.
Qeyd edək ki, bundan əvvəl 23 yaşlı qız “Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisini dekabrın 30-na keçən gecə “Sutton” gecə klubunun tualetində zorlamada ittiham etmişdi. Yanvarın 20-də Dani zaminə buraxılmadan həbs edilib və onu 4 ildən 12 ilə qədər həbs gözləyir.