Danimarkalı qapıçı “Anderlext”ə keçdi
06.09.2023 - 01:38
Danimarkalı qapıçı “Anderlext”ə keçdi

Kasper Şmeyxel karyerasını “Anderlext”də davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, danimarkalı qapıçı ilə bir illik müqavilə imzalanıb.

Şmeyxel Belçika klubuna sərbəst agent kimi qoşulub. Razılaşmaya, əsasən, müqavilə müddəti bir il uzadıla bilər. Son mövsümü “Nitsa”da keçirən Kasper 46 oyunun 13-nü “quru” bitirib.

Qeyd edək ki, 36 yaşlı qolkiper “Mançester Siti”, “Lids və “Lester” kimi klublarda çıxış edib. O, 2015/16 mövsümündə İngiltərə çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0