David de Xea Avropanı tərk edir
08.09.2023 - 17:53
David de Xea Avropanı tərk edir

“Mançester Yunayted”in sabiq qapıçısı David de Xeanın karyerasını davam etdirə biləcəyi ölkələr bəlli olub. 

Apasport.az saytı xəbər verir ki, 32 yaşlı ispaniyalı qolkiper BƏƏ, Meksika və Qətər klublarından birinə keçə bilər.

Çərçivə qoruyucusunun daha əvvəl zədəli olan Tibo Kurtuanı əvəz etmək üçün Madrid “Real”ına gedəcəyi deyilsə də, Karlo Ançelotti onun transferinə qarşı çıxıb. Avropada yay transferi pəncərəsi bağlandığı üçün Davidin məhz adıçəkilən ölkələrdən birini seçəcəyi gözlənilir. 

Qeyd edək ki, de Xea 12 il “Mançester Yunayted”in heyətində çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0